New York Times: “Rusiya Ukraynadakı diplomatlarını ölkədən çıxarır”

Rusiya Ukraynadakı diplomatik nümayəndələrini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb.

Bu barədə “New York Times” qəzeti yazır. Məlumata görə, Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərdən əməkdaşların təxliyəsinə hazırlıq gedir.

Qəzetin ABŞ rəsmilərinə istinadən yazdığına görə, Rusiyanın ordusunu Ukrayna sərhədlərinə yığması ilə bağlı danışıqlar başlayan zaman, Rusiya Ukraynadakı diplomatlarını ölkədən çıxarmağa başlayıbmış.

Kimliyi açıqlanmayan bir ABŞ rəsmisinin verdiyi məlumata görə, əsasən rusiyalı diplomatların ailə üzvləri olan 18 nəfərlik bir qrup yanvarın 5-də Moskvaya yola düşüb.

ABŞ və Ukrayna rəsmiləri düşünüblər ki, belə yavaş təxliyə propoqanda xarakteri də daşıya bilər. Ancaq onlar Rusiyanın hər hansısa bir hücuma hazırlaşdığını da istisna etmirlər.

Əvvəlki məqaləÇində doğumlar rekord həddə azalıb
Növbəti məqalədəYAP funksionerini şantaj etməkdə ittiham olunan sayt rəhbərinə 3 il 6 ay həbs cəzası verildi