Qazaxıstanda iğtişaşlarda 225 nəfər həlak olub

Qazaxıstanda yanacaq qiymətlərinin artması ilə başlayan kütləvi aksiyalarda yaranan iğtişaşlarda ümumilikdə 225 nəfər həlak olub. 

Bu barədə ölkənin Baş Prokurorluğu açıqlama yayıb.

Prokurorluğun rəsmisi Serik Şalabaev bildirib ki, cəsədi morqa aparılan 255 nəfərdən 19-u polis əməkdaşıdır.

Yanvar ayının əvvəllərindən Qazaxıstanda yanacağın qiymətinin artımına etiraz olaraq kütləvi aksiyalar başlayıb. Əvvəlcə sivil məcrada keçən aksiya polislərin müdaxiləsi ilə daha gərginləşib.

Etirazçılar hökumət binalarına giriblər, polislə qarşıdurmalar yaranıb. Polis aksiyanın qarşısını almaq üçün odlu silahdan da istifadə edib.

Aksiyaların qarşısını almaqda çətinlik çəkən hökumətin başçısı Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək kömək istəyib. KTMT qoşunlarının Qazaxıstana girməsilə birlikdə aksiyaların qarşısı alınıb.

Əvvəlki məqaləİntihar etdiyi deyilən 8 yaşlı Fərəhin anası prezidentə müraciət edib, qızının pəncərədən atıldığını deyir
Növbəti məqalədəAzərbaycanda vətənpərvərlik tərbiyəsinin qanuniləşdirilməsinə hazırlıq gedir