Səddam Hüseynə ölüm hökmü çıxaran hakim İraqın prezidenti olmaq istəyir

2006-cı ildə İraqın o zamankı prezidenti Səddam Hüseyn barəsində ölüm hökmü çıxaran hakimlərdən biri Rizgar Emin prezidentliyə namizəd olacağını açıqlayıb. 

Ötən ilin oktyabrında İraqda keçirlən erkən seçkilərdən sonra yeni parlamentin formalaşması ilə birlikdə prezident seçkilərinə də hazırlıqlar başlayıb.

Bundan sonra prezidentliyə namizəd olmaq istəyən şəxslər öz namizədliklərini açıqlayıblar. Namizədlər arasında 2006-cı ildə ölkənin 5-ci prezidenti olmuş Səddam Hüseyn barəsində ölüm hökmü çıxardan Rizgar Emin də var.

Milliyətçə kürd olan keçmiş hakim seçkilərin azad və ədalətli keçəcəyinə inandığını bildirib və müstəqil namizəd olduğunu qeyd edib. O, iraq kürdlərindən dəstək istəyib.

İraqda konstitusiyada bununla bağlı heç bir maddə olmasa da, 2003-cü ildən bəri prezidentlər kürdlər, Baş nazir şiələr, parlament sədri isə şiələr seçilib.

Əvvəlki məqaləMN: Gecə dövlət sərhədində yenidən təxribatlar törədilib
Növbəti məqalədəProkurorluq Tofiq Yaqublunun döyülməsində cinayət tərkibi olmadığını bildirərək şikayəti rədd edib