Şagirdi vuran direktora şiddətli töhmət verilib

Bakıda şagirdi vurmasının görüntüsü yayılan məktəb direktoruna şiddətli töhmət verilib. 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Yanvarın 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparılıb: “Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Bundan əvvəl isə Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, baş verən insidentdə xəsarət və digər təhqir elementləri olmayıb.

Əvvəlki məqaləBakıda məktəbli öz sinif yoldaşını bıçaqlayıb, cinayət işi açılıb
Növbəti məqalədəProkuror “Azərxalça”nın sabiq sədrinin əmlaklarının satılmasını tələb edib