YAP funksionerini şantaj etməkdə ittiham olunan sayt rəhbərinə 3 il 6 ay həbs cəzası verildi

2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən jurnalist Mahir Ələkbərova (Xəttab) hökm oxunub. 

Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovu Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Ötən iclasda prokuror M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.

M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə itiham olunurdu.

Əvvəlki məqaləNew York Times: “Rusiya Ukraynadakı diplomatlarını ölkədən çıxarır”
Növbəti məqalədəİşğaldan azad olunmuş ərazilərə hər şəxs ildə yalnız bir dəfə səfər edə biləcək