Moldova da Azərbaycan qazı almaq istəyir

Moldovanın baş nazir müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku Azərbaycan XİN başçısı Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana işgüzar səfər edib.

Moldova XİN-in məlumatına görə, iki günlük səfər zamanı “Azərbaycanla Moldova arasında “Cənub Qaz Dəhlizi”nin strateji vacibliyi kontekstində ticari-iqtisadi, investisiya və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri” müzakirə olunacaq.

Səfər proqramına prezident İlham Əliyev və kənd təsərrüfatı naziri İnam Kərimovla görüş də daxildir.

Fevralın 9-da səhər iki ölkə XİN-in nümayəndə heyətlərinin görüşündən sonra Popesku və Bayramov mətbuat konfransı keçirəcək.

Əvvəlki məqaləAvropa Parlamentində Azərbaycanda insan hüquqlarına dair dinləmələr keçirilib
Növbəti məqalədəPutinlə Makronun görüşündəki masa dünyada gündəm olub