“Qarabağ” səfərdə “Marsel”ə 3-1 uduzub

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edib.

Azərbaycan təmsilçisi Fransa “Marsel”inin qonağı olub. “Velodrom” stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Fransa klubunun heyətində Arkadiuş Milik (2) və Payet, Qarabağın heyətində isə Kadi Borges fərqlənməyi bacarıb.

Cavab görüşü fevralın 24-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Əvvəlki məqaləMüdafiə Nazirliyində həyata keçirilən əməliyyatlar davam edir, polkovnik həbs edilib – [Yenilənib]
Növbəti məqalədəHüquq müdafiəçiləri polisdə təzyiqə məruz qaldıqlarını deyirlər, DİN təkzib edir