Türkmənistan prezidenti gənclərə yol verəcəyini demişdi, oğlu prezidentliyə namizəd oldu

Türkmənistan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, bazar ertəsi ölkədə növbədənkənar prezident seçkiləri üzrə seçki kampaniyasının birinci mərhələsi, namizədlərin irəli sürülməsinə başlanılıb.

Türkmənistanın hakim Demokrat Partiyası martın 12-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun namizədliyini irəli sürüb.

Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür. Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.

Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.

Bundan əvvəl türkəmistanın hazırki prezidenti Qurbanqulu Berdiməhəmmədov gənclərə yol vermək üçün prezidentlikdən gedəcəyini bildirmişdi.

Əvvəlki məqalə“Heyvan bazarında gördükləriniz heyvanlara qarşı ümumi qəddarlığın yalnız görünən hissəsidir” – Azər Qarayev
Növbəti məqalədəMN: ˝Mövqelərimiz iki istiqamətdə atəşə tutulub˝