Ukraynada gərginlik davam edir, Rusiyanın insan itkisi 4 500 nəfəri keçib

Rusiya ordusunun təcavüzündən sonra Ukraynada gərginlik hələ də davam edir. Son məlumatıara görə, Ukrayna silahlı qüvvələri gün ərzində yaşayış məntəqəsini zəbt etməyə cəhd edən rus qoşunlarını Donetsk vilayətinin Volnovaxa şəhərindən çıxarıb. Mariupol şəhəri müdafiəni davam etdirir, Zaporojye vilayətində Berdyansk müvəqqəti olaraq Rusiyanın nəzarətinə keçib.

Ukrayna hərbçiləri fevralın 28-də yerli vaxtla saat 00:00-dan sonra Kiyev vilayətinin Makarov şəhəri yaxınlığında düşmən texnikası karvanını əhatəyə alıblar. Döyüş Karvanı Kiyevə hücuma hazırlaşırmış.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfəri keçib.

Bununla bərabər, Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığında növbəti 24 saatın Ukrayna üçün kritik olacağını bildirib.

Conson Zelenskiyə zəmanət verib ki, Böyük Britaniya və müttəfiqləri müdafiə yardımının Ukraynaya çatması üçün əllərindən gələni edəcəklər.

Conson onu da əlavə edib ki, ölkəsi Ukraynaya əlavə 40 milyon funt-sterlinq köçürəcək. Bu pul ukraynalılar üçün tibbi ləvazimatlara yönəldiləcək.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq, bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa Birliyində görmək istəyirik.

Son olaraq Avropa İttifaqı (Aİ) Ukraynaya 450 milyon avro məbləğində dəyərində öldürücü silahlar verəcəyini açıqlayıb.

Əvvəlki məqaləBakıda Ukraynaya dəstək aksiyası keçirilib
Növbəti məqalədəSumqayıt hadisələrindən 34 il keçir: “İğtişaşları SSRİ DTK planlaşdırmışdı”