Əsir götürülən rus pilotun Ukraynada yaşayan anası: “Oğluma görə çox utanıram”

Rusiya ordusunun əsir düşən pilotunun anası Ukrayna xalqından üzr istəyib. Ana bildirib ki, oğluna görə çox utanır. 

O bildirib ki, hazırda Ukraynanın Kremençuk şəhərində yaşayır.

“Oğlum işğal altında olan Krımda Rusiya ordusunun pilotu idi. 5 martda Rusiya ordusunun qanunsuz əmri ilə Nikoloyev uçuş həyata keçirdi və qırıcısı vuruldu. Sağ qaldı, amma əsir götürüldü. Biz də mətbuatdan gördük. Oğluma görə çox utanıram”, – deyə rus pilotun anası bildirib.

O bildirib ki, oğlunun bu cinayətləri necə etdiyini anlamaqda çətinlik çəkir.

“Oğlum üçün narahatam, amma şükür ki, yaşayır. Yaxşı bir övlad yetişdirmədiyimə görə Ukrayna xalqından həm öz adımdan, həm də oğlum adından üzr istəyirəm”, – deyə Rusiya ordusunun əsir düşən pilotunun anası bildirib.

Əvvəlki məqaləRusiyada yaşayan azərbaycanlı: “İş yerlərini itirən həmvətənlərimiz vətənə üz tuturlar”
Növbəti məqalədəMN: Azərbaycan Ordusu qanunsuz erməni silahlılarının döyüş mövqelərinə zərbələr endirib