MN: ‘Azərbaycan təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub’

“Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib”

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada deyilir ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

“Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, deyə bildirilib.

Əvvəlki məqaləBritaniya Tinkov və Abramoviçin biznes tərəfdaşına qarşı nəqliyyat sanksiyalarını ləğv edir
Növbəti məqalədə7 il həbs alan Ata Abdullayevin aclıq aksiyasına başladığı bildirilir