Mövlud Çavuşoğlu “Taliban” hökumətinin XİN başçısı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinin xarici işlər naziri Vekili Muttaki ilə görüşüb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Görüşdən sonra mətbuata açıqlama verən “Taliban” nümayəndəsi ölkəsinin dünya ilə müsbət münasibət qurmaq niyyətində olduğunu bildirib.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti hərbi çevirilişlə ələ alıb. Çevrilişdən sonra hələlik heç bir ölkə Taliban hakimiyyətinin legitimliyini qəbul etməyib. Eyni zamanda, silahlıların bir çox qyeri-demokrat qərarları tənqidə səbəb olub.

Ancaq Taliban beynəlxalq aləmlə yaxşı münasibətlər qurmada maraqlı olduqlarını bildirir.

Əvvəlki məqalə˝Wall Street Journal˝: “Abramoviçin ABŞ maliyyə fondlarındakı aktivləri dondurulacaq”
Növbəti məqalədəHikmət Hacıyev: “Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır”