Mövlud Çavuşoğlu Ukraynaya gedib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov şəhərinə səfər edib. Çavuşoğlu səfər çərçivəsində həmkarı Dmitro Kuleba ilə görüşüb.

Bundan əvvəl Avropanın üç ölkəsinin lideri Kiyevə səfər edib. Onlar Ukraynaya öz dəstəklərini ifadə ediblər.

Çavuşoğlu bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıb, bu gün isə rusiyalı həmkarı Vladimir Putinlə danışacaq.

“Hər kəs Ukraynanın apardığı mübarizəni görür. Ukraynın ərazi bütövlüyünü dəstəkləyirik. Humanitar yardımlarımız davam edəcək. Türkiyə ilk gündən etibarən savaşı dayandırmağa çalışır”, – o bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski açıqlamalarında dəfələrlə xarici ölkələrin rəsmilərini Ukraynaya dəvət edib.

Əvvəlki məqaləAİHM Vidadi İsgəndərliyə görə Azərbaycanı 3500 avro cərimələdi
Növbəti məqalədəBayden Putini “qanlı diktator” və “adi quldur” adlandırıb