Rusiyalı əsgəri pul mükafatı qarşılığında tankı ilə birlikdə Ukrayna ordusuna təslim olub

Foto: Arxiv

Ukraynada döyüşən rusiyalı əsgərlərindən birinin tankı ilə birlikdə təslim olduğu deyilir. Bu barədə Ukrayna daxili işlər nazirinin köməkçisi Viktor Andrusiv məlumat yayıb. 

Nazir köməkçisi bildirib ki, bir müddətdir Rusiya hərbçiləri Daxili İşlər Nazirliyinə zəng edib necə təslim olmaları ilə bağlı suallar verirdilər. Bu günlərdə Mişa adlı bir rus əsgər də belə bir müraciət edib və tankı ilə birlikdə təslim olub.

Polisin nümayəndəsi bildirib ki, təslim olan əsgər hazırda televizoru, hamamı, mətbəxi və telefonu alan bir evdə qalır, müharibə bitdikdən sonra 10 min dollar mükafat alacaq. Onun sözlərinə görə, əsgər istəsə, vətəndaşlıq üçün də müraciət edə biləcək.

Ukrayna təslim olan rus hərbçilər üçün müxtəlif mükafatlar elan edib.

Müharibənin ilk günlərində Ukrayna Müdafiə Nazirliyi təyyarəsi ilə birlikdə təslim olan rus pilotları mükafatlandıracağını açıqlayıb.

“Ukroboronprom” (Ukrayna Müdafiə Sənayesi) baş direktoru Yuri Qusev işğalçılardan oğurlanmış döyüş təyyarələrinə görə rusiyalı pilotlara ödəniş edəcəyini bildirib: “Rusiyadan qaçırılan və işlək vəziyyətdə olan təyyarə üçün hər pilota 1.000.000 dollar, helikopter üçün isə 500.000 dollar pul ödəniləcək”.

Direktor bildirib ki, bunu edən pilotlara Ukrayna vətəndaşlığı veriləcək və onların təhlükəsizliyi təmin olunacaq.

Əvvəlki məqaləƏliməmməd Nuriyev: “Əfv komissiyası üçün siyasi məhbus anlayışı yoxdur”
Növbəti məqalədəAzərbaycanda regional mətbəələr varmı?