“Rusiya hərbçiləri Ukraynanın 14 şəhərinin merlərini ələ keçiriblər”

Rusiya qüvvələri Ukraynanın 14 şəhərinin merlərini ələ keçirib. Baş nazirin müavini İrina Vereşçuk telemarafon zamanı belə bir bəyanatla çıxış edib.

Vereşçukun sözlərinə görə, Rusiya məhbus mübadiləsinin yalnız paritet şərtlərlə həyata keçirilməsində israr edir.

“Burada Rusiya paritet tələb edir, deyirlər, sərhədçilər üçün sərhədçi, matroslar üçün matroslar və məntiqli bir sualım var: Rusiya tərəfindən girov götürülən 14 meri kimə dəyişəcəyik? Hələlik biz bu məsələni beynəlxalq səviyyədə həll edirik”, – baş nazirin müavini bildirib.

Martın 23-də Rusiya Xarici İşlər Nazirliyi “iki məhbus mübadiləsinin” baş verdiyini bildirib. Belə mübadilələrdən birində Melitopol meri İvan Fedorovun azadlığa buraxıldığı güman edilir.

Martın 24-də Ukrayna və Rusiya tərəfləri “10-dan 10-a” əsir mübadiləsi elan ediblər. Həmin gün məlum olub ki, Ukrayna “Odessa yaxınlığında batmış gəmidən xilas edilmiş” 11 rusiyalı mülki dənizçini Rusiyaya təhvil verib.

Rusiya işğalı başlayandan bəri Ukrayna mediası işğal olunmuş ərazilərdə fəalların, jurnalistlərin və yerli hakimiyyət nümayəndələrinin oğurlanması barədə dəfələrlə məlumat yayıb.

Əvvəlki məqaləUkrayna bütün sivil dünyanı öz ətrafında birləşdirib – Vladislav Kanevski
Növbəti məqalədəBayden Ukraynanın xarici işlər və müdafiə nazirləri ilə görüşüb