ABŞ Senatı Ukraynaya daha effektiv silah tədarükünə icazə verən qanunu təsdiqləyib

ABŞ Senatı prezident Co Baydenə Ukraynaya silah və digər yardımların çatdırılmasını sürətləndirmək üçün “Lend-Liz” proqramından istifadə etməyə icazə verən qanun layihəsini yekdilliklə qəbul edib. Bu barədə “Politico” məlumat yayıb.

Qanun layihəsi hələ 2022-ci ilin yanvarında, Rusiyanın Ukraynaya təcavüzünün başlamasından bir aydan çox əvvəl və onun hazırlanması ilə bağlı hesabatlardan sonra Senata təqdim edilib. Senatorlar onu aprelin 6-da axşam saatlarında qəbul ediblər.

Sənəd standart bürokratik prosedurlardan yan keçməklə, ABŞ prezidentinin Ukraynaya silah və digər mühüm təchizatların tədarükü üzrə sövdələşmələr bağlamaq səlahiyyətlərini genişləndirir.

“Politico” nəşri bildirir ki, qanun layihəsi silahı alan ölkənin ödənişi sonradan etməsi şərti ilə pulsuz olaraq verilməsinə icazə verir.

İndi sənədə Nümayəndələr Palatasında baxılmalıdır. Təsdiqlənərsə, imzalanmaq üçün prezidentə göndəriləcək.

Əvvəlki məqaləRusiya vaxtı çatan xarici borclarını ödəməkdə çətinlik çəkir
Növbəti məqalədəAli Məhkəmə AXCP fəalı barəsində hökmü qüvvədə saxlayıb