Güləş Federasiyasına yeni baş katib təyin olunub

Azərbaycan Güləş Federasiyasında baş katib təyinatı olub.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifə Nəsimi Musayevə tapşırılıb. O, yeni vəzifədə Orxan Məmmədovu əvəzləyib.

Nəsimi Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb.

Güləş idman növünün inkişafındakı xidmətlərinə görə, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunan idman ustası, əməkdar məşqçi Orxan Məmmədov 2018-ci ildən Azərbaycan Güləş Federasiyasının Baş katibi idi.

Əvvəlki məqalə“Washington Post”: “Moskva” kreyserinin Ukrayna raketi ilə vurulması təsdiqlənib
Növbəti məqalədəTaliban hökumətinin narkotik maddə istifadəçiləri ilə qəddarcasına rəftar etdiyi deyilir