Qapalı məkanlarda maskalardan istifadənin aradan qaldırılması məsələsi müzakirə edilir

Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilməsi məsələsinə baxılır.

Səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycanda koronavirusa yoluxma sayı kəskin şəkildə azalıb.

“Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki, müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb”.

Musayev həmçinin deyib ki, Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür.

“Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf “Sars-Cov2″ əleyhinə vaksindən getmir”, deyə o qeyd edib.

Nazir hazırda ölkədə koronavirus əleyhinə vaksin ehtiyatının kifayət qədər olduğunu bildirib.

Azərbaycanda Çin istehsalı “CoronaVac”, Rusiya istehsalı “Sputnik” və ABŞ və Almaniyanın birgə istehsalı olan “BioNTech/Pfizer” vaksini istifadə olunur.

MƏNBƏTuran
Əvvəlki məqaləBMT: “Afrikada 43 milyon insan qida böhranı ilə üz-üzədir”
Növbəti məqalədəKlinton: “Yeltsinə və Putinə Rusiyanın NATO-ya üzv olmasını təklif etmişdim”