‘The Washington Post’: “Dmitri Muratova hücumu Rusiya xüsusi xidmət orqanları təşkil edib”

ABŞ xüsusi xidmət orqanlarının fikrincə, “Novaya qazeta”nın baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratova hücumun arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. Bu barədə “The Washington Post”a ABŞ hökumətindəki mənbə məlumat verib.

“ABŞ təsdiq edə bilər ki, Rusiya kəşfiyyat orqanları aprelin 7-də “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratova aseton tərkibli qırmızı boya ilə vurulmuş hücumu təşkil edib”, – deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib. O, ABŞ kəşfiyyat orqanlarının bu qənaətə necə gəldiyi barədə heç bir təfərrüat açıqlamayıb.

“Novaya Qazeta”nın sözçüsü WP nəşrinə bildirib ki, Dmitri Muratov işgüzar səfərdə olduğu üçün Amerika kəşfiyyat xidmətlərinin qiymətləndirməsini dərhal şərh edə bilməyib. Rusiyanın Vaşinqtondakı səfirliyi şərh sorğusuna cavab verməyib.

Aprelin 7-də Dmitri Muratova Moskva-Samara qatarında boya atılıb. Bu zaman hücumçu qışqırıb: “Muratov, bu, sənə bizim oğullarımıza görədir”. Hücumdan sonra Muratova gözlərində kimyəvi yanıq diaqnozu qoyulub. “Novaya qazeta”nın məlumatına görə, hücumda hadisəni törədən Nikolay Trifonov və hücumu videoya çəkən İlya Markovets iştirak edib. Media Markovetsin saxlanıldığını, Trifonovun axtarışda olduğunu yazıb.

Əvvəlki məqaləİlham Əliyev: “Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”
Növbəti məqalədəKeçmiş nazir müavininin və idarə rəisinin cəzası yarıya qədər azaldılıb