Əfv Komissiyasının iclasları başa çatıb, siyahı prezidentə təqdim ediləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının  28 May – Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

Əvvəlki məqaləÖtən il Azərbaycanda televiziya və radio yayımçılarına milyonlarla vəsait ayrılıb
Növbəti məqalədəAXCP üzvü Aqil Məhərrəmov azadlığa çıxıb