Əliyevlə Paşinyan yenə Brüsseldə görüşür

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü keçiriləcək.

Bu barədə cümə axşamı, mayın 19-da Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bu, belə formatda üçüncü görüş olacaq. İlk görüş 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində keçirilib. Hər dəfə tərəflər sülh müqaviləsi imzalamaq və sərhədlərin demarkasiyası istəklərini bildirən bəyanatlar imzalayırdılar.

 Azərbaycan tərəfi hələlik Brüsseldə keçiriləcək görüşə münasibət bildirməyib.

Əvvəlki məqaləMirzoyan: “Bakı Qarabağın statusunu danışmaqdan rəsmi şəkildə imtina edib”
Növbəti məqalədəUkraynada müharibədə ölən uşaqların sayı 232-yə çatıb