Əfv gözlənilir: Komissiyasının növbəti iclası keçirilib, 400-dən çox müraciət var

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Toplantıda 100-dən çox müraciətə baxılıb. Bununla da baxılan müraciətlərin sayı 400-ü ötüb. Komissiyanın növbəti iclası mayın 19-da keçiriləcək.

Ehtimal edilir ki, mayın 28-i Azərbaycan Müstəqilliyinin növbəti ildönümü ilə bağlı əfv fərmanı imzalansın.

Son 18 ildə imzalanan 35 əfv sərəncamı 5672 nəfərə şamil olunub. Əfv edilənlər arasında siyasi və vicdan məhbusları da olub.

Əvvəlki məqaləErmənistanda etirazçılar hökumət binalarına girişi bağlayıblar
Növbəti məqalədəŞöhrətpərəstliyin miskin təzahürü haqqında – Seymur Baycan