Almaniyadan Azərbaycana deportasiya edilən fəal hava limanında həbs edilib

Almaniyadan Azərbaycana deportasiya edilən siyasi mühacir Ziya İbrahimlinin mayın 19-da axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda həbs edildiyi deyilir. 

Bu barədə məlumatı Almaniyada mühacirətdə olan jurnalist Əfqan Muxtarlı yayıb.

Muxtarlı bildirib ki, Ziya İbrahimliyə bildiriblər ki, o, 2019-cu ildən hansısa cinayət işi çərçivəsində axtarışdadır. Əfqan Muxtarlının məlumatına görə, hazırda Biləsuvar Rayon Məhkəməsində Ziya İbrahimlinin işi üzrə məhkəmə prosesi keçirilir, ancaq onun nədə ittiham olunduğu bilinmir.

Bu günlərdə Almaniya polisi Ziya İbrahimlinin Almaniyadakı evinə hücum edib, onu saxlayıb. Almaniya hökumətinə və səfirliyinə onun həbs olunacağı ilə bağlı xəbərdarlıq edilsə də, İbrahimli Azərbaycana deportasiya edilib.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. Bundan əvvəl də Almaniyadan Azərbaycana deportasiya edilən siyasi fəallar ardıcıl şəkildə müxtəlif ittihamlarla həbs ediliblər. Hüquq müdafiəçiləri bu həbslərin siyasi motivli oluğunu bildirirlər.

Əvvəlki məqaləAlmaniyanın keçmiş kansleri Gerhard Şröder Bundestaqdakı ofisindən məhrum edilib
Növbəti məqalədə“Müsəlman Birliyi” Hərəkatının fəalı 6 il azadlıqdan məhrum edilib