Avropa İttifaqı Ukraynaya daha 500 milyon avroluq hərbi yardım edəcək

Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cosep Borrell bildirib ki, Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro hərbi yardım verəcək.

Borrelin sözlərinə görə, yardım Ukraynaya ağır silahlar, o cümlədən tanklar və artilleriya təchizatına yönəldiləcək. Bu paketlə Aİ-nin Ukraynaya yardımının ümumi məbləği iki milyard avroya çatacaq.

Borrell həmçinin əmin olduğunu bildirib ki, Rusiya neftinin idxalına Avropa embarqoları yaxın günlərdə razılaşdırıla bilər. Eyni zamanda, “Bloomberg” və “Politico”-nun məlumatına görə, Avropa bütün ölkələr üçün məqbul həlli tez bir zamanda tapa bilmədiyi üçün Rusiyaya qarşı sanksiyaların altıncı paketindən embarqonu çıxarmaq variantını nəzərdən keçirir.

Əvvəlki məqaləRATİ Azərbaycan hakimiyyətini tənqidçilərinə qarşı repressiyalara son qoymağa çağırıb
Növbəti məqalədəBƏƏ prezidenti Xəlifə bin Zayed Əl Nəhyan vəfat edib