Azərbaycan İranla Naxçıvana kommunikasiyaların tikintisini müzakirə edir

Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb. 

Tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Mustafayev və Abdullahiyan qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi Şərqi-Zəngəzur iqtisadi bölgəsi və NMR arasında yeni kommunikasiya əlaqələrinin qurulması üzrə Qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

Sənəddə Azərbaycanı öz eksklavı – Naxçıvanla birləşdirəcək yeni nəqliyyat arteriyasının yaradılması nəzərdə tutulur. İrandan keçən dəhliz dəmiryolu xətti, çoxzolaqlı avtomobil yolu, elektrik xətləri, rəqəmsal rabitə xətləri və digər elementlərdən ibarət olacaq.

Kommunikasiyalar İran-Ermənistan sərhədindən 5 km cənubdan çəkiləcək.

Bu marşrut Ermənistandan keçəcək Zəngəzur dəhlizinin alternativi olacaq. Amma Ermənistan tərəfi bu istiqamətdə işləri ləngidir və bu səbəbdən Azərbaycan İranla razılaşma əldə edib.

MƏNBƏTuran
Əvvəlki məqaləŞahbaz Quliyev: “Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular”
Növbəti məqalədəİran sərhədçiləri azərbaycanlı sərhəd pozucusunu öldürüb