Azərbaycan təmsilçisi “Avroviziya -2022”nin final mərhələsinədə iştirak edəcək

Mayın 12-də 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

İtaliyanın Turin şəhərində keçirilən yarışın ikinci turunda 18 ölkə iştirak edib. Onlardan ilk onluğa düşənlər isə finala vəsiqə qazanıblar.

“PalaOlimpico”da təşkil olunan müsabiqənin 2-ci yarımfinalında ilk onluqda Azərbaycan təmsilçisi Nadir Rüstəmli də olub. Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib.

Yarışda Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər. Bunlardan Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.

Final mayın 14-də keçiriləcək.

Əvvəlki məqaləDüşənbə görüşü yekunlaşıb, tərəflər birgə səyləri müzakirə ediblər
Növbəti məqalədəBakı rus turistlərin ən çox maraq göstərdiyi şəhərlər arasındadır