Bu ilin 4 ayı ərzində Azərbaycanın neft və qaz gəlirləri 3,4 milyard dolları aşıb

Beynəlxalq bazarlarda neft və qaz qiymətlərinin artması Azərbaycanın bu enerji daşıyıcılarından əldə etdiyi gəlirlərə də ciddi təsir göstərib.

Belə ki, Azərbaycan Dövlət Neft Fondunun 5 may tarixli məlumatına görə,

– AÇG yatağından gəlir (01.01.2022-01.05.2022 tarixinə): 2 898 mln. ABŞ dolları,

– Şahdəniz yatağından gəlir (qaz və kondensat) (01.01.2022-01.05.2022 tarixinə): 405,475 mln. ABŞ dolları,

– Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2022-01.05.2022 tarixinə): 96,995 mln. ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən iki dəfə çoxdur.

Əvvəlki məqaləFransada rusiyalı oliqarx Mixail Fridmanın villası müsadirə edilib
Növbəti məqalədəArmen Qriqoryan Hikmət Hacıyevlə görüşün bəzi detallarını açıqlayıb