Çavuşoğluyla isveçli həmkarı arasında gərginlik yaşandığı iddia olunur

Almaniyanın paytaxtı Berlində baş tutan NATO Xarici İşlər Nazirlərinin görüşündə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə isveçli həmkarı Anna Linde arasında gərginlik yaşandığı deyilir. 

Bu məlumatı “Reuters” Agentliyi NATO-dakı qaynaqlarına istinadən yazıb.

Qeyd olunub ki, Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı şərtlər irəli sürüb, gərginlik bundan sonra yaşanıb.

Belə ki, Türkiyənin XİN başçısı isveçli həmkarına səsini qaldırıb və deyib ki, sizin feminist siyasətiniz məni narahat edir.

Qeyd olunub ki, iclas bu formada gərgin şəkildə keçib və iştirakçılar hər iki ölkənin XİN başçılarının dialoquna müdaxilə etməyiblər.

Bu günlərdə Türkiyə rəhbərliyi açıqlama yayaraq bildirib ki, onlar İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə isti baxmırlar.

Əvvəlki məqaləUkraynalı analar Türkiyənin “Azovstal” müdafiəçilərinə hörmətin qarantı olmasını xahiş edirlər
Növbəti məqalədəFormula 1-ə görə yollar yenə bağlanır