Ceyhun Bayramov Düşənbədə Sergey Lavrovla görüşüb

Bu gün Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşü baş tutub.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əvvəlki məqaləRusiya hərbçilərinin dinc sakinlərə atəş açmasının əks olunduğu video yayımlanıb
Növbəti məqalədəTürkiyə və Qazaxıstan ‘ANKA’ zərbə PUA-larının birgə istehsalına dair müqavilə imzalayıb