Daha bir siyasi fəalın saxlanıldığı deyilir

Siyasi fəal Rəşad Ramazanovun polislər tərəfindən saxlanıldığı deyilir. Bu barədə məlumatı jurnalist Əfqan Muxtarlı yayıb. 

Muxtarlı qeyd edib ki, Ramazanov bu gün evinin önündə saxlanılaraq Binəqədi Rayon Polis İdarəsində aparılıb.

“Ölkə deyil böyük zondu. İndi də Rəşad Ramazanovun həbs xəbəri gəldi. Rəşad Ramazanov siyasi məhbus olub, həbsdən azad olunduqdan sonra təqiblər üzündən Gürcqstana köçmüşdü. Bir müddət əvvəl vətənə dönmüşdü. Bir necə saat əvvəl saxlanılaraq Binəqədi Polis İdarəsinə aparıldığı bildirilir. Evinin qarşısında saxlayıblar”, – deyə Əfqan Muxtarlı qeyd edib.

Rəşad Ramazanov 2013-ci ildə narkotik ittihamı ilə həbs edilib. Elə həmin il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Ramazanovu siyasi məhbus hesab ediblər. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Əvvəlki məqaləSəhiyyə Nazirliyi: Azərbaycanda “Meymun çiçəyi” infeksiyası qeydə alınmayıb
Növbəti məqalədəDini fəal Ağaəli Yəhyayev 30 sutka müddətinə həbs edilib