Dini fəal Ağaəli Yəhyayev 30 sutka müddətinə həbs edilib

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılan dini fəal Ağaəli Yəhyayev elə həmin gün axşam saatlarında 30 sutkalıq  inzibati həbs cəzasına məhkum edilib.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Yahyayevi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilib

Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun barəsində hökm elan edilən zaman Yəhyayev  və daha 4 fəal məhkəmə binasının yaxınlığında saxlanılıb.

Onlardan ikisi – Süleyman Ələkbərov və Mail Kərimli axşam saatlarında sərbəst buraxılıblar, bu barədə hüquq müdafiəçisi Arzu Abdulla bildirib.

Daha iki saxlanılan fəalın  – İmran Məmmədli və Elgiz Məmmədovun taleyi naməlum olaraq qalır.

Əvvəlki məqaləDaha bir siyasi fəalın saxlanıldığı deyilir
Növbəti məqalədəBaydendən Əliyevə: “Biz Azərbaycanı demokratik idarəetmə istiqamətində addımlar atmağa dəvət edirik”