Dövlət Departamenti: ‘Rusiyanın Azərbaycanda biolaboratoriyalarla bağlı bəyanatları yalandır’

Vaşinqton Rusiyanın Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edib.

“Biz bilirik ki, bu, yalandır”,- Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə deyib.

“Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik. Ukrayna və digər ölkələrin də mövqeyi belədir, amma bunu Rusiya haqda demək olmaz”,-Prays deyib.

Şənbə günü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə guya xaricdən maliyyələşdirilən bioloji tədqiqat laboratoriyalarının olması ilə bağlı Moskvanın iddialarını təkzib edib.

MƏNBƏTuran
Əvvəlki məqaləUkraynalı jurnalist Oksana Qaydar Kiyev vilayətində atışma zamanı həlak olub
Növbəti məqalədəÜç ay ərzində 6 rusiyalı iş adamının ‘intihar edərək’ ölməsi şübhələrə yol açıb