İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Tehranda öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) polkovniki Səyyad Xudayari qətlə yetirilib.

Bu barədə İRNA xəbər verir. Məlumata görə, Səyyad Xudayari sükan arxasında olarkən silahlı hücuma məruz qalıb. Polkovikin avtomobilinə 5 dəfə atəş açılıb. Güllələrdən biri onun başına dəyib.

Qeyd olunub ki, atəş açan 2 nəfər motosikiletdə olublar. Ancaq hələlik onların kimliyi bilinmir. Beş güllə yarası alan Xudayari yerindəcə ölüb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu baş verən hadisəni təsdiqləyib və bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinə qarşı belə silahlı hücumlar inqilabdan sonrakı onillər ərzində davamlı olaraq həyata keçirilib.

Əvvəlki məqaləƏliyev, Şarl Mişel və Paşinyan arasında növbəti görüş baş tutub, razılaşmalar əldə olunub
Növbəti məqalədəTalibanın “tövsiyəsindən” sonra qadın spikerlər efirə burkada çıxıblar