NATO-nun baş katibi Yens Stoltenberq mayın 18-də Brüsseldə Finlandiya və İsveçin səfirlərindən bu ölkələrin alyansa üzvlüklə bağlı müraciətlərini qəbul edib.
A historic day!
Today, Sweden and Finland hand in letters expressing their countries’ interest to apply for @NATO membership to SG @jensstoltenberg #SwedenNATO pic.twitter.com/ZbdfJW3xtu— Sweden at NATO (@SwedenNato) May 18, 2022
Hər iki ölkə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda neytral statusundan imtina edərək hərbi ittifaqa qoşulmaq qərarına gəlib.
Mayın 17-də İsveçin xarici işlər naziri Enn Linde İsveçin NATO-ya üzvlük ərizəsini imzalayıb. Həmin gün Finlandiya parlamenti alyansa qoşulma qərarını lehinə 188, əleyhinə isə 8 səslə təsdiqləyib.
Ölkələrin müraciətlərinə NATO Şurası tərəfindən baxılacaq, bundan sonra İsveç və Finlandiya arasında üzvlük sazişi alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya edilməlidir.
Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq vermək üçün şərtlər siyahısını artıq irəli sürüb. “Bloomberg”-in məlumatına görə, Türkiyə İsveç və Finlandiyadan Kürdistan İşçi Partiyası və onunla bağlı strukturları terror təşkilatı kimi tanımasını tələb edir. Ölkə həmçinin F-16 qırıcılarının yeni partiyasını alacağını və yenidən F-35 qırıcılarının tədarükü proqramına daxil olacağını gözləyir.