Mərkəzi Bankın xarici valyuta ehtiyatları son iki aydır azalır

Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyuta ehtiyatları ikinci aydır azalmağa doğru gedir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları ilə bağlı açıqlamasında deyilir. Məlumata görə, AMB-nin valyuta ehtiyatları son ayda 51 milyon dollar, yaxud 0.71 faiz azalıb.

Bununla da xarici valyuta ehtiyatı 29 aprel 2022-ci il tarixinə olan göstəricilərdə 7 milyard 86 milyon ABŞ dollarına düşüb.

Ümumilikdə isə son üç ayda Mərkəzi Bankın valyuta ehtiyatında 73 milyon dollar azalma baş verib.

Əvvəlki məqaləRusiya jurnalist Aleksandr Nevzorovu axtarışa verib
Növbəti məqalədəMirvari Qəhrəmanlı: “Neftçilər saatlarla gəmidə gözləməyə məcbur edilir”