MEDİA-nın direktoru hücuma məruz qalan jurnalistlə görüşüb

Medianın İnkişafı Agentliyində (MEDİA) İcraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu bildirib.

Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini bölüşüb.

İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb.

Hadisə Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.

Əvvəlki məqaləXələf Xələfov: ‘Qazax rayonunun 7 kəndi və Kərki kəndi qaytarılmalıdır’
Növbəti məqalədəLitva Parlamenti Rusiyanı ‘terrorçu dövlət’ kimi tanıyıb