Mirzoyan: “Bakı Qarabağın statusunu danışmaqdan rəsmi şəkildə imtina edib”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qarabağ ətrafında danışıqlarla bağlı növbəti dəfə açıqlama verib. Mirzoyan bildirib ki, Azərbaycar tərəfi bəzi təkliflərlə razı deyil. 

Mirzoyan mayın 16-17-də Moskvada keçirilməsi nəzərdə tutulan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclasının baş tutmamasının səbəbini açıqlayıb.

“Azərbaycan Yerevanın Dağlıq Qarabağın gələck statusu və təhlükəsizliyi məsələsinin Ermənistanla münasibətlərin nizamlanması gündəliyinə daxil edilməsi barədə təklifini qəbul etməyib”, deyə Mirzoyan Brüsseldə “Azadlıq” Radiosunun sualına cavabda bildirib.

Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici mətbuata müsahibələrində dəfələrlə qeyd edib ki, Qarabağa status verilməyəcək.

Azərbaycanın Ermənistana təklif etdiyi 5 maddəlik sülh planında da Qarabağın statusu ilə bağlı heç bir mövzu olmayıb.

Əvvəlki məqaləNaməlum şəraitdə həlak olan hərbçilərin valideynləri etiraz aksiyası keçirib
Növbəti məqalədəƏliyevlə Paşinyan yenə Brüsseldə görüşür