MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

Azərbaycan Ordusu Kəlbəcər istiqamətindəki mövqelərin atəşə tutulduğunu bildirir. 

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqaləABŞ və müttəfiqlər Rusiyanın enerjidən silah kimi istifadəsinə icazə verməyəcək
Növbəti məqalədəAydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib