“Qarabağ” 9-cu dəfə Azərbaycan çempionu olub

“Qarabağ” futbol klubu növbəti dəfə Azərbaycan Premyer Liqasının qalibi olub.

Klub “Sabah”la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 2021-2022 sezonunda çempionluğunu rəsmiləşdirib.

9-cu çempionluğun rəsmiləşdiyi oyunda hesabı 47-ci dəqiqədə Kadi Borges açıb. 59-cu dəqiqədə qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub. Bundan yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək, yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 59-a çatdıran “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. “Sabah” isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

Turun açılış matçında “Şamaxı” evdə “Səbail”lə qolsuz heç-heçə edib. Tura mayın 4-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Sumqayıt” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.

Əvvəlki məqaləHəbsdə olan hüquq müdafiəçisi aclığa başlayıb
Növbəti məqalədəUkrayna parlamenti Rusiyayönlü partiyaların fəaliyyətini qadağan edən qanunu təsdiqləyib