Rusiya səfirliyinin qarşısında etiraz edən ukraynalı saxlanıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Olena Hüseynova Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin qarşısında təkadamlıq aksiya keçirib. 

Bu barədə partiyadan məlumat verilib. Etirazçı qadın aksiya zamanı ukraynalı olduğunu deyib və “Siz harda varsınız, orda qan var” yazılmış plakat qaldırıb.

Faəl polis əməkdaşları tərəfindən saxlanılıb. Partiyadan bildirilib ki, partiya fəalı Rusiyanın Ukraynaya təcavüzünə etriaz etdiyi üçün saxlanılıb və Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıb.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Rusiyanın Ukrayna ərazilərinə işğal hücumundan sonra ardıcıl bir neçə dəfə Rusiya səfirliyinin önündə etiraza cəhd edilib. Polislər aksiya cəhdlərinin qarşısını alıblar və iştirakçılar saxlanılıb.

Əvvəlki məqaləVətən müharibəsi qazisi intihar edib
Növbəti məqalədə20 günə 13 tender müqaviləsi imzalayan holdinqin külli miqdarda vergi borcu var