Taliban qadın aparıcıların efirə üzüaçıq çıxmasını qadağan edib

Əfqanıstanda hakimyyəti ələ keçirən Taliban silahlılarının qadınlara yönəlik qadağaları davam edir. Talibanın növbəti hədəfi qadın xəbər aparıcıları olub. 

Belə ki, yeni qərarla artıq qadın aparıcılar efirə üzüaçıq çıxa bilməyəcəklər. Qərarı şərh edən Taliban nümayəndəsi Akif Mahjar bildirib ki, bütün televiziyaların rəhbərlərilə görüşülüb, onlar qərarı xoş qarşılayıblar.

Bu günlərdə Talibanın başqa bir qərarı ilə Əfqanıstanda bütün qadınların ictimai yerlərdə Burqa taxması tələbi gətirilib.

Əfqan qadınların bir çoxu dini səbəblərdən niqab geyinirlər. Ancaq paytaxt Kabildə üzüaçıq qadınlar da görmək mümkündür. 1996-cı ildən 2001-ci ilə qədər Taliban idarəetməsində olan Əfqanıstanda qadınların burqa geyinməsi məcburi idi.

Əvvəlki məqaləBaydendən Əliyevə: “Biz Azərbaycanı demokratik idarəetmə istiqamətində addımlar atmağa dəvət edirik”
Növbəti məqalədəLerikdə şagirdlərin sayı yarıbayarı azalıb