Talibanın “tövsiyəsindən” sonra qadın spikerlər efirə burkada çıxıblar

Əfqanıstanda qadın spikerlər efirə burkada çıxıblar. Bu günlərdə Taliban bununla bağlı “tövsiyə” vermişdi. 

Taliban nümayəndələri bildirmişdi ki, bu fikir televiziya rəhbərləri tərəfindən xoş qarşılanıb.

2021-ci ildə Taliban Əfqanıstanda silahlı çevriliş etdikdən sonra ölkədə insan hüquq və azadlıqları ilə bağlı vəziyyət daha da pisləşib. Xüsusən qadınlar təhsil almasına və işləməsinə dair yeni qadağalar müəyyənləşib.

Ancaq Taliban vəd edirdi ki, vəziyyət Talibanın 1996-2001-ci illərdə olan iqtidarı dövründəki kimi olmayacaq.

Mayın 7-də “Taliban” hərəkatının ali lideri Molla Hibətullah Axundzadə küçədə və ictimai yerlərdə qadınların çadra taxmasının məcburi olduğunu bəyan etmişdi. O, çadranın müsəlman qadınlarınının ənənəvi geyimi olduğunu deyib. Bundan sonra qadınlar paytxt Kabildə buna etiraz olaraq aksiya keçiriblər.

Beynəlxalq birlik Əfqanıstandakı vəziyyətdən narahatlıq ifadə edib.

Əvvəlki məqaləİran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Tehranda öldürülüb
Növbəti məqalədəDünyada qaçqınların sayı 100 milyonu keçib