Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə bölmələrindən birinin döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin Xarkov ərazi müdafiə qüvvələrinin 127-ci briqadasının 227-ci batalyonu rusları sıxışdırıb çıxararaq dövlət sərhədinə çatıblar”, – nazirlik Facebook-da bildirib.
Müdafiə Nazirliyi ukraynalı hərbçilərin sərhəd postunda dayandığı videonu paylaşıb. Videoda onlar Ukrayna lideri Volodimir Zelenskiyə müraciət edərək deyirlər: “Biz çatdıq, cənab prezident! Biz buradayıq. Sərhəddəyik”.