Ukraynada müharibədə ölən uşaqların sayı 232-yə çatıb

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 232 uşaq ölüb, 427 uşaq güllə və qəlpə yarası alıb.

Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Ukrayna ərazisinin Rusiya tərəfindən bombardman olunması nəticəsində 1837 təhsil müəssisəsinə ziyan dəyib, 172-si tamamilə dağılıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

MƏNBƏReport
Əvvəlki məqaləƏliyevlə Paşinyan yenə Brüsseldə görüşür
Növbəti məqalədəJurnalist Qadir İbrahimli vəfat edib