Ukraynalı jurnalistlər ‘Pulitzer’in xüsusi mükafatına layiq görülüblər

ABŞ 1917-ci ildən bəri verilən dünyanın ən nüfuzlu jurnalistika mükafatlarından biri olan ‘Pulitzer’ mükafatının 2022-ci il qaliblərinin adları açıqlanıb.

‘Washington Post’ jurnalistləri mükafatı 2021-ci ilin yanvarında Kapitol binasının ələ keçirilməsinin təfərrüatlı xronologiyası – “Hücum” materialına görə ən nüfuzlu nominasiyada alıblar.

‘New York Times’ ‘Milli Reportaj’ (həbslər zamanı polis tərəfindən öldürülən amerikalı sürücülər haqqında) və ‘Beynəlxalq reportaj’ (Amerikanın atəşi nəticəsində Yaxın Şərqdə mülki əhalinin ölümləri haqqında) nominasiyalarında mükafatlar qazanıb.

“Təcili reportaj” kateqoriyasında “Miami Herald” liderlik edib, “Tampa Bay Times” isə araşdırma jurnalistikası kateqoriyasında qalib gəlib.

Ukraynalı jurnalistlər ‘Pulitzer’in 2022-ci il üçün xüsusi mükafatına layiq görülüblər.

‘Pulitzer’ Mükafatının İdarə Heyəti Ukraynalı jurnalistləri Vladimir Putinin ölkələrinə amansız işğalı və Rusiyada apardığı propoqanda müharibəsi zamanı göstərdikləri cəsarət, dözümlülük və həqiqəti əks etdirən reportajlara sadiqliklərinə görə xüsusi təşəkkür etməkdən məmnundur. Öz sıralarında baş verən bombalanmalar, adam oğurluğu, işğal və hətta ölümə baxmayaraq, onlar israrla Ukraynanı və bütün dünyada jurnalistləri şərəfləndirən dəhşətli reallıq haqqında dəqiq təsəvvür yaratmağa çalışırlar”, – deyə mükafatın saytında bildirilir.

Əvvəlki məqaləUkraynaya Dəstək Platforması gömrükdə ukraynalı qaçqınlara ögey münasibət olduğunu deyir
Növbəti məqalədəXələf Xələfov: ‘Qazax rayonunun 7 kəndi və Kərki kəndi qaytarılmalıdır’