ABŞ dövlət katibinin köməkçisi Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Azərbaycana səfəri çərçivəsində Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. 

Bu barədə məlumatı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi yayıb.

“Dövlət katibinin köməkçisi qeyd edib ki, ABŞ regionda davamlı sülhün təmin edilməsi, insan hüquq və əsas azadlıqlarına hörmətin gücləndirilməsi, demokratik seçki prosesləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan tərəfindən gəstərilən səyləri dəstəkləməyi davam edir”, – deyə o, məlumatda qeyd olunub.

Karen Donfridi səfər çərçivəsində Azərbaycanın dövlət rəhbərliyi də qəbul edib.

Əvvəlki məqaləGömrükdə vəziyyət necədir?
Növbəti məqalədəİdarə rəisi: “Azərbaycana ən böyük kibertəhdidi Rusiya və İran yaradır”