Ali Məhkəmə bloger Aslan Qurbanovun şikayətini qismən təmin edib

Bu gün Azərbaycan Ali Məhkəməsi bloger Aslan Qurbanovun cəzasının sərtləşdirilməsindən şikayətini qismən təmin edib. Qobustan həbsxanasında ikiillik müddət 1 ilədək azaldılıb.

Aslan Qurbanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib və dövlət əleyhinə çağırışlarda, millətlərarası ədavətdə ittiham olunub (Cinayət Məcəlləsinin 281.2-ci və 283.1-ci maddələri). Məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edib.

Yaxınlarının sözlərinə görə, Qurbanov talışların müdafiəsinə çağırışlar dərc edib. “Sosial şəbəkələrdə onun bəzi nəşrləri emosional olub, lakin o, həmişə öz ölkəsinə sadiq olub”, – atası bildirib. Hüquq müdafiəçiləri Qurbanovu siyasi məhbus kimi tanıyıblar.

2021-ci ilin dekabrında 10 saylı koloniyanın vəsatətilə Nərimanov məhkəməsi onu rejimin pozulmasına görə iki il müddətinə Qobustan həbsxanasına keçirib. Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb, müdafiə tərəfi Ali Məhkəməyə kassasiya verib.

Vəkil Fariz Namazlı bildirib ki, proses zamanı cəzanın sərtləşdirilməsilə bağlı 10 saylı koloniyanın rəhbərliyinin dəlillərinin əsassız olduğu göstərilib. Administrasiya öz tələbini onunla əsaslandırıb ki, Aslanov “neqativ məhbuslarla əlaqə saxlayır, daxili intizam qaydalarına riayət etmir, tapşırıqları yerinə yetirmir, uyğun olmayan yer siqaret çəkir”. Lakin heç bir sübut təqdim olunmayıb.

“Təəssüf ki, məhkəmə şikayəti qismən təmin edərək, Qobustan həbsxanasında cəzanı 1 ilə endirdi”, – Namazlı deyib.

Aslan Qurbanovun qardaşı Abusalam məhkumun səhhətinə görə narahat olduğunu bildirib. “Qardaşım epilepsiya xəstəliyindən əziyyət çəkir, qapalı yerdə saxlanması onun həyatı və sağlamlığı üçün təhlükəlidir. Ailəmiz ölkə rəhbərliyindən məsələyə müdaxilə edərək Aslanın barəsində ədalətin bərpasına kömək etməyi xahiş edir”, – məhkumun qardaşı deyib.

MƏNBƏTuran
Əvvəlki məqaləTaleh Bağırzadə aclığı dayandırıb
Növbəti məqalədəNike Ukrayna işğalına görə Rusiyanı tamamilə tərk edir