“Avropa Komissiyası Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinə əmin deyil”

Avropa Komissiyası Moldova və Ukraynaya Aİ-yə namizəd ölkələr statusunun verilməsini tövsiyə edir. Gürcüstanla bağlı isə şübhələrin olduğu bildirilir. Bu barədə “Politico” yazır.

Qəzet bir gün əvvəl baş vermiş müzakirələrlə tanış olan rəsmilərə istinadən yazır: “Komissiya üzvləri (…) son illərdə geniş siyasi iğtişaşlar və nəzərəçarpacaq demokratik reaksiya ilə üzləşən Gürcüstana daha az arxayındırlar”.

İyunun 17-də Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı tövsiyə hazırlamalıdır, daha sonra ittifaqın dövlət və hökumət başçıları iyunun 23-24-də keçiriləcək sammitdə məsələyə baxacaq.

Əvvəlki məqaləŞəmkir sakini: “Saxta sənədlə satdıqları mülki məhkəməyə verib əlimdən aldılar”
Növbəti məqalədəQadın bədənini çəkən LGBT fəalına üç il həbs cəzası istənilib