TASS: “Azovstal”dan çıxan mindən çox ukraynalı hərbi əsir istintaq üçün Rusiyaya göndərilib

Mariupolun “Azovstal” zavodunu müdafiə edən və sonra təslim olan mindən çox ukraynalı hərbçi istintaq araşdırması üçün Rusiyaya göndərilib, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır.

Məlumatdan belə anlaşılır ki, yaxın gələcəkdə bu rəqəm arta bilər.

Mənbə onu da bildirib ki, Moskvada “xarici muzdlular” da daxil olmaqla 100-dən çox adam ola bilər.

Ukraynalı məhbusların iştirak etdiyi istintaq araşdırmasının konkret nədən ibarət olduğu açıqlanmır. Rusiya İstintaq Komitəsi mütəmadi olaraq Ukraynadakı hadisələrlə bağlı cinayət işləri barədə məlumat verir.

Mayın ortalarında “Azovstal” zavodunda olan iki min yarım hərbçi rus əsirliyinə təslim olub. Ukrayna hakimiyyəti onları mübadilə yolu ilə qaytarmaq niyyətində olduqlarını bildirib.

Əvvəlki məqaləBelarus məhkəməsi Azadlıq Radiosunun müxbirinə 6 il həbs cəzası verib
Növbəti məqalədəABŞ hesab edir ki, Azərbaycan və Ermənistanın irəliləyiş imkanları var