Bayden Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşüb

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb.

Bu barədə səfir tviter hesabında yazıb. “Təşəkkür edirəm Cənab Prezident”, – Xəzər İbrahim sosial şəbəkə hesabında qeyd edib.

Diplomat görüşün təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdə olub və prezidentin köməkçisi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüş keçirib. Bununla bərabər ABŞ dövlət katibinin köməkçisi və ABŞ-ın digər vəzifəli şəxsləri Bakıya səfər ediblər.

Son aylarda ABŞ və Azərbaycan rəsmilərinin təmasları intensivləşib.

Əvvəlki məqaləABŞ Əli Əliyev işi barəsində: Azərbaycanı insan haqları üçün əlverişli mühit yaratmağa çağırır
Növbəti məqalədə“Space” telekanalına xurafatın təbliğinə yol verilməsi barədə xəbərdarlıq edilib